Türkiyə

Türkiyədən sülh razılaşmasına ilk reaksiya

9 Avqust 2025 01:55
Baxış: 563
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmasını alqışlayıb.

Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

"Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə edilən irəliləyişdən və bununla bağlı bu gün (8 avqust-red.) Vaşinqtonda qəbul edilmiş öhdəlikdən məmnunuq.

Beynəlxalq münaqişələrin və böhranların getdikcə şiddətləndiyi bir vaxtda atılan bu addım regional sülhün və sabitliyin əldə olunması üçün mühüm inkişafdır. Biz ABŞ Administrasiyasının bu prosesə töhfələrini yüksək qiymətləndiririk.

Cənubi Qafqaza sülh və firavanlıq gətirmək üçün tarixi fürsətdən istifadə edilib. Biz Türkiyə olaraq bu fürsəti reallaşdırmaq üçün göstərilən səylərə öz töhfəmizi verməyə davam edəcəyik və Azərbaycanın fədakar səylərini dəstəkləyəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.