İdman

Benyamin Şeşko rəsmən "Mançester Yunayted"də

9 Avqust 2025 19:40
Baxış: 435
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Leypziq"in hücumçusu Benyamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" sloveniyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qırmızı şeytanlar" Şeşko üçün Almaniya klubuna bonuslarla birlikdə 85 milyon avro təzminat ödəyəcək. 22 yaşlı forvard "Mançester Yunayted"də 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Leypziq" Benyamin Şeşkonu 2023-cü ilin yayında "Zalsburq"dan transfer edib. Sloveniya millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.