Dünya

Türkiyənin təhsil naziri vəzifəsindən azad edilib

6 Avqust 2021 13:02
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin təhsil naziri Ziya Selçuk vəzifəsindən ayrılıb, yerinə müavini Mahmut Özer təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Resmi gazete"də bu barədə təyinat qərarı verib.

Qərarda bildirilib ki, vəzifədən ayrılmasını istəyən və bu istəyi qəbul edilən professor Ziya Selçukun nazirlik vəzifəsinə professor Mahmut Özer təyin edilib.

Z.Selçuk özünün "Twitter" səhifəsində "Mənə ölkəmin uşaqları üçün fəaliyyət imkanı verən cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildiriəm" deyə paylaşım edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.