Dünya

Nazir korrupsiya ittihamı ilə həbs edildi

4 Avqust 2021 09:29
Baxış: 1 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qətərin iqtisadiyyat naziri Əli Şərif Əl-Əmadi korrupsiya və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə həbs edilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Qətərin rəsmi QNA agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2013-cü ildən nazir postunu tutan Əl-Əmadi Qətər Mərkəzi Bankı və "Qatar Airways" aviaşirkətinin idarə heyətlərinin sədridir. O, eyni zamanda, 300 milyard dollar vəsaitə malik olan Qətər İnvestisiya Fondunun rəhbərlərindən biridir.

Agentliyin məlumatında qətərli nazirin tezliklə məhkəməyə çıxarılacağı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.