Dünya

Pakistanda "TikTok" yenidən qadağan edildi

21 İyul 2021 12:36
0 Şərh     Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanda "TikTok" sosial şəbəkəsinin fəaliyyəti "uyğunsuz məzmun" səbəbindən növbəti dəfə qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pakistanın Telekommunikasiya Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, "uyğunsuz məzmunlar" sosial şəbəkədə yayılır və platforma bu tip məzmunların silinməsi istiqamətində lazımi səviyyədə iş aparmır. Bu səbəbdən də sosial şəbəkəyə ölkədən giriş qadağan edilir.

Qeyd edək ki, Pakistan keçən ilin oktyabrından bəri "TikTok"un ölkədə fəaliyyətinə qadağa qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.