Dünya

Öldürülən Haiti prezidentinin xanımı vətəninə qayıdıb

18 İyul 2021 11:23
Baxış: 1 358
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Öldürülən Haiti prezidenti Jovenel Moizin xanımı Martin Moiz vətəninə dönüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Moizi hava limanında karib respublikasının Baş naziri Klod Jozef qarşılayıb. Dərc olunan fotolarda qadının güllə keçirməyən jilet geyindiyi, qolunun sarğılandığı göstərilir.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-də iqamətgahına hücum nəticəsində öldürülüb, xanımı isə yaralanıb. Daha sonra M.Moiz müalicə üçün ABŞ-a aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.