Dünya

ABŞ 2500 əfqanı təxliyə etmək istəyir

17 İyul 2021 10:29
0 Şərh     Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidentinin Administrasiyası 2500 əfqanı Amerikaya köçürmək istəyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Co Baydenin administrasiyası Amerika hökuməti ilə əməkdaşlıq etmiş 2500 əfqanı və onların ailəsini ABŞ-a təxliyyə etməyi planlaşdırır.

Bununla yanaşı, Vaşinqton 10 min əfqanı ABŞ-ın xarici hərbi bazalarına və yaxud üçüncü ölkələrə göndərəcək. Onlar ABŞ-a mühacirət üçün sənədlər hazırlanana qədər orada qalacaqlar.

Qeyd edək ki, ABŞ ordusu Əfqanıstanı tərk etməyə başladıqda hüquq müdafiəçiləri Bayden administrasiyasından amerikalı hərbçilərə kömək etmiş şəxslərin müdafiə olunması ilə bağlı tədbirlər görməyi tələb ediblər.

Ağ Evin planına əsasən, qaçqınların ilk hissəsinin təxliyyəsinə iyul ayının sonunda başlanılacaq. Təqribən 20 min əfqan xüsusi mühacirət vizası ilə bağlı müraciət edib. Bu şəxslər ABŞ-la əməkdaşlıq etdiklərindən təhlükə ilə üzləşə bilərlər.

Xatırladaq ki, ABŞ hərbçilərinin Əfqanıstanı tərk etmə prosesi bu il avqustun 31-nə qədər başa çatmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.