Dünya

Tbilisidə qarşıdurmalarla bağlı 23 nəfər saxlanıldı

15 İyul 2021 18:42
0 Şərh     Baxış: 1 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan polisi paytaxtda jurnalistlərə qarşı zorakılıqda iştirak etmiş daha iki gənci saxlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılan şəxslər iyulun 5-də Rustaveli prospektində xidməti vəzifəsini yerinə yetirərkən "TV Pirveli" telekanalının operatorunu sözlə və hərəkətləri ilə təhqir ediblər.

Bundan əlavə, təqsirləndirilən şəxslərdən biri "Kaşveti" adlı kilsənin yaxınlığında sadə vətəndaşı da fiziki hərəkətlə təhqir edib.

İnsidentlərlə bağlı cinayət işi başladılıb. İstintaq davam edir.

Nazirliyin məlumatına görə, 5 iyun hadisələri ilə bağlı 23 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar saxlanılıb.

Xatırladaq ki, "Tbilisi pride" qeyri-hökumət təşkilatı və onu dəstəkləyən aktivistlər iyulun 5-də LGBT cəmiyyətinin hüquqlarının müdafiəsi üçün "Həmrəylik yürüşü" keçirməyi planlaşdırırdı. Lakin etirazçıların aksiyası daha sonradan qarşıdurmaya çevrilib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 55 zorakılıq faktı qeydə alınıb ki, bunların da 53-ü KİV nümayəndələrinə qarşı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.