Dünya

Moskvada miqrantlar arasında kütləvi dava baş verib

13 İyul 2021 08:48
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın paytaxtı Moskva şəhərində, "Kuzminki" metrostansiyası yaxınlığında miqrantlar arasında kütləvi dava baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, davada 150-yə yaxın adam iştirak edib.

Dava iştirakçıları Qırğızıstan və Tacikistandan gəlmiş miqrantlar olub. Tərəflər bir-birinə soyuq silahlarla hücum ediblər.

Hadisə nəticəsində xəsarət alan bir neçə nəfər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Moskva polisi dava ilə bağlı 15 nəfəri saxlayıb. Münaqişənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hazırda insidentlə bağlı araşdırma başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.