Dünya

Yer kürəsinin energetik balansı pozulub - İstilik artır

12 İyul 2021 22:30
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yer planetinin son 15 ildə energetik disbalansı 2 dəfə artıb. Yəni əriyən buzlaqlar və parnik qazları imkan vermir ki, yer kosmosa enerjini ötürsün.

Milli.Az xəbər verir ki, Yer 15 il əvvələ nisbətən özqndə daha çox istilik saxlayır.

Bu nəticədə ABŞ NASA komandası gəlib.

Alimlər 2005-2019-cu illər arasında udulan və buraxıkan enerjinin tutumunu ölçüblər.

Və onlar 10 il əvvələ nisbətən kəskin təhlükəli disbalans aşkarlayıblar.

Enerjinin əsas böyük miqdarı Yerə günəş radiasiyası ilə daxil olur.

Planeti tərk edən enerji müxtəlif formalar alır. Məsələn, günəş radiasiyası ağ iri buludlar şəklindədir və kosmosa uçur.

Yerə düşən enerjinin 80%-ni okeanlar udur. Okean sularının normadan artıq istiləşməsi sübut edir ki, Yer ildən-ilə daha çox enerji udur, az hissəsini isə kosmosa atır.

Disbalansın əsas səbəblərindən biri dəniz buzlaqları və buludların sahələrinin kiçilməsidir.

Digər səbəb parnik qazlarının həcminin və su buxarlarının artmasıdır.

Energetik disbalansın hansı təbiət problemlərinə səbəb olacağı axıra kimi məlum deyil. Amma qütb buzlaqlarının əriməsi və dünya okeanı səviyyəsinin artacağı baş verəcək. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.