Dünya

“Taliban” şərtini açıqladı

12 İyul 2021 17:27
0 Şərh     Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" hərəkatı yalnız siyasi razılaşma əldə olunduqdan sonra Əfqanıstanda atəşi dayandıracaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Taliban" hərəkatının Dubayda yerləşən siyasi ofisinin nümayəndəsi Suheyl Şahin deyib.

Onun sözlərinə görə, danışıqlar Doha razılaşması əsasında keçirilir.

S. Şahinin fikrincə, tərəflər münaqişənin siyasi yolla nizamlanmasının yol xəritəsini müzakirə edəcəklər və yalnız bundan sonra atəşin dayandırılması ilə bağlı danışıqlara keçəcəklər.

O, həmçinin vurğulayıb ki, siyasi yol xəritəsi ilə bağlı danışıqlar hələ də davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.