Dünya

ABŞ-ın İrana sanksiyası bu tarixdə bitə bilər

12 İyul 2021 20:06
0 Şərh     Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikanın İrana tətbiq etdiyi əsas sanksiyalar nüvə sazişinin bərpası mövzusunda razılıq əldə olunacağı təqdirdə avqust ayında ləğv edilə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov deyib.

O bildirib ki, nüvə sazişinin bərpası barədə razılıq əldə olunsa, bəlkə də avqust ayında ABŞ-ın əsas sanksiyaları ləğv ediləcək:

"İran sərbəst şəkildə yalnız neftlə ticarət edə bilməyəcək".

Onun sözlərinə görə, sanksiyaların ləğvindən sonra gələcək vəsaitlər İranın Buşəhrə görə Rusiyaya olan borclarını ödəmək üçün prioritet olaraq istifadə edilməlidir və bu borc artıq çox böyük məbləğlərə çatıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.