Dünya

Tacikistan KTMT-dən kömək istədi

8 İyul 2021 16:18
Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tacikistan Əfqanıstanla sərhəddə yaranan vəziyyətlə bağlı kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə tərəfdaşlarına müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tacikistanın KTMT üzrə dövlət nümayəndəsi Həsən Sultanovun təşkilatın Daimi Şurasının iclasında səsləndirdiyi fikirlərə görə, Tacikistan vəziyyətin nəzarət altında saxlanılması, Əfqanıstan tərəfdən gələn təhdid və təhlükələrin qarşısının alınması üçün vacib tədbirlər görür.

"Lakin regionda yaranan vəziyyəti, həmçinin Əfqanıstanla sərhədin ayrı-ayrı hissələrinin çətin dağlıq ərazidə yerləşməsini nəzərə alaraq deməliyəm ki, bu tapşırığın öhdəsindən tək gəlmək çətindir. Vəziyyət KTMT tərəfindən adekvat reaksiya tələb edir. Həmçinin, cənub sahillərin müdafiəsi üzrə potensialı artırmaq mütləqdir", - deyə Həsən Sultanov əlavə edib.

Onun sözlərinə görə, bu kontekstdə "Tacik-əfqan sərhədinin gücləndirilməsində Tacikistan Respublikasına kömək göstərilməsi haqqında" Kollektiv Təhlükəsizlik Şurasının 2013-cü il 23 sentyabr tarixli qərarının icrasını təmin etmək aktual məsələ olaraq qalır. O, bu səbəbdən təşkilatın üzv dövlətlərini adı çəkilən sənədin icrası üçün öz tövhələrini verməyə çağırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory