Ermənistanın Xüsusi İstintaq Xidmətinin keçmiş rəhbərinin oğlu İrəvanda bıçaqlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 01:30 radələrində baş verib.
Bildirilir ki, Xüsusi İstintaq Xidmətinin keçmiş rəhbəri Vaqram Şaqinyanın 31 yaşlı oğlu Narek Şaqinyan bel nahiyyəsindən bıçaqlanıb.
Məlumata görə, N. Şaqinyan Ermənistan İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsində işləyir. Ona xəsarət yetirən şəxsin İrəvanın Kentron əyalətinin şöbələrindən birinin rəhbəri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az