Dünya

Çində dünyanın ikinci ən böyük su elektrik stansiyası istifadəyə verilib

28 İyun 2021 23:00
0 Şərh     Baxış: 3 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin cənub-qərbindəki Yünnan vilayətində tikinti-quraşdırma həcminə görə dünyanın ikinci ən böyük su elektrik stansiyası (SES) olan "Bayhetan" fəaliyyətə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Cinşa çayı üzərində inşa olunan stansiya ildə 62 milyard kilovat/saat elektrik enerjisi istehsal gücündədir.

İnşası təxminən 4 il davam etmiş "Bayhetan" Çinin karbon emissiyasını azaltmaq planının tərkib hissəsi hesab olunur. Belə ki, stansiyanın tam gücü ilə çalışması illik daş kömür istehlakını təxminən 20 milyon ton, karbon dioksid emissiyasını isə 51,6 milyon ton azaldacaq. Stansiyanın gələn il tam gücü ilə çalışacağı bildirilir.

"Bayhetan" dünyanın ən böyük su elektrik stansiyası olan Çindəki "3 dərə"dən kiçik olsa da, tətbiq olunan texnoloji yeniliklər, o cümlədən süni zəka texnologiyası baxımından ondan "ağıllı" hesab olunur. Stansiyanın su bəndinin ən uca hissəsinin hündürlüyü 289 metrdir. Su anbarının ümumi həcmi isə 20,6 milyard kubmetrdir. Anbarın inşasında 8 milyon ton beton istifadə olunub.

Qeyd edək ki, Çin hökuməti 2060-cı ilədək karbon emissiyasını tam azaltmağı hədəfləyib. Bu hədəfə nail olmaq üçün su elektrik stansiyalarının generasiya gücü 2 dəfə çoxaldılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.