Dünya

İngiltərədə öpüşmə fotosu yayılan nazir istefa verdi - FOTO

27 İyun 2021 10:34
0 Şərh     Baxış: 1 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin səhiyyə naziri Matt Hankok istefa verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb nazirin arvadına xəyanət etməsinin görüntülərinin yayılmasıdır.

Belə ki, bir neçə gün əvvəl nazirin özü kimi evli olan iş yoldaşı Qina Koladanqelo ilə öpüşərkən çəkilmiş şəkli mediaya sızıb.

İlk dəfə "The Sun"da yayımlanan fotonu gördükdən sonra nazirin 14 illik həyat yoldaşı və üç övladının anası olan Marta Hankokun evi tərk etdiyi bildirilib.

Bunun ardınca isə ingilis mediasından bütün dünyaya yayılan qalmaqal fonunda nazir istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, baş verənlər fonunda Matt Hankok sosial məsafəni pozduğuna görə üzr istəməklə kifayətlənmişdi.

Artıq nazirin yerinə yeni təyinat da həyata keçirilib. Bu, İngiltərənin ilk müsəlman daxili işlər naziri və keçmiş maliyyə naziri Sacid Caviddir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.