Dünya

İsraildə qapalı məkanlarda maska taxılması tələbi bərpa edilir

25 İyun 2021 11:49
0 Şərh     Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsraildə qapalı məkanlarda maska taxılması tələbi bərpa edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin yaydığı məlumata görə, bu gün saat 12:00-dan etibarən ölkədə bütün qapalı məkanlarda maska taxılması tələb olunacaq.

Bu qərar ölkədə yeni növ koronavirus infeksiyasının Delta variantının sürətlə yayılması ilə bağlıdır.

İyunun 24-də ölkədə COVID-19 infeksiyasına 169 yoluxma qeydə alınıb. Bu, aylar sonra ən yüksək rəqəmdir.

Xatırladaq ki, infeskiyaya yoluxma hallarının azalması və əhalinin çox hissəsinin peyvənd olunmasına görə iyunun 15-də İsraildə qapalı məkanlarda maska taxılması tələbi aradan qaldırlmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.