Dünya

ÜST-dən koronavirusun yeni növləri barədə XƏBƏRDARLIQ

24 İyun 2021 09:17
1 Şərh     Baxış: 2 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada koronavirus infeksiyasının yeni ştammları meydana çıxmağa və yayılmağa davam edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun nümayəndəliyindən xəbərdarlıq edilib.

Bildirilir ki, bu baxımdan prioritet vətəndaş qruplarının peyvənd edilməsini təmin etməklə yanaşı, COVID-19-u ehtiva edən tədbirlərə əməl etmək lazımdır.

ÜST nümayəndəsi koronavirusun yeni variasiyalarının yayılması fonunda səhlənkarlığın Avropada yeni halların yayılmasına səbəb ola biləcəyini söyləyib.

"İnsanların bu pandemiyadan bezdiklərini başa düşürük, amma hələ bitmədiyi üçün sayıqlığımızı itirməməliyik", - deyə ÜST nümayəndəsi əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.