Dünya

Gürcüstanın yeni təhlükəsizlik konsepsiyası hazırlanıb

23 İyun 2021 21:50
Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın yeni milli təhlükəsizlik konsepsiyası hazırlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri məlumat verib.

Nazir deyib ki, sənəd Gürcüstan Milli Təhlükəsizlik Şurasının iyunun 23-də keçirilən iclasında müzakirə olunub. Konsepsiya hazırda aidiyyəti qurumlarla da razılaşdırılır. Yeni sənədin parlamentin payız sessiyasının gündəliyinə daxil edilməsi planlaşdırılır.

Nazir deyib ki, Gürcüstana qarşı təhdidlər qiymətləndirilərkən sənədin də üzərində yenilənmələr aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.