Dünya

Avropa İttifaqı Ankara ilə qaçqınlar haqqında sazişin müddətini uzadacaqmı?

23 İyun 2021 23:20
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya və Almaniya Avropa İttifaqının qaçqınlar haqqında Türkiyə ilə sazişin müddətinin uzadılmasına nail olmaq niyyətlərini bildiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Aİ-nin iyunun 24-25-də keçiriləcək sammitində gündəlikdə duran digər məsələlərlə yanaşı, Türkiyə ilə qüvvədə olan sazişin müddətinin uzadılması mövzusu da müzakirə ediləcək.

AFR kansleri Merkel İtaliya hökumətinin başçısı Mario Draqi ilə dünənki görüşündən sonra deyib: "Biz hər şeyin bundan sonra necə olacağına perspektivlər açmalıyıq. Ankaranın bizim dəstəyimizdən bundan sonra da istifadə etməyə tam hüququ çatır".

M.Draqi Merkel ilə həmrəy olduğunu bildirib. "Hər ikimiz bu fikirdəyik ki, Türkiyə ilə əməkdaşlıq olmadan biz irəliyə gedə bilmərik", - deyə Almaniya kansleri əlavə edib.

Məlumdur ki, hazırda Türkiyədə 3 milyondan çox suriyalı qaçqın yaşayır. Bir neçə il bundan əvvəl Avropa İttifaqı Ankara ilə Türkiyədən Aİ ölkələrinə qaçqın axınının dayandırılması qarşılığında bu ölkəyə maliyyə dəstəyi barədə saziş bağlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.