Dünya

"Cinlər mənə onu yerə at dedi" - İki yaşlının ölümünə səbəb olan ana - VİDEO

17 İyun 2021 15:42
Baxış: 2 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tekirdağda (Türkiyə) əri Ahmet Dumanlıoğludan boşanıb anası ilə yaşayan Ümmühan adlı qadının iki yaşlı qızını pəncərədən yerə atması hər kəsi şoka salıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, ağır yaralanan körpəni xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb. Qorxunc olayın ardınca saxlanılan qadın verdiyi ifadədə "mənə cinlər yaxınlaşdı və uşağı yerə atmağımı bildirdilər. Atmasan qızın cəhənnəmə düşəcək" dedilər" deyib. "Sonra dərhal aşağıya qaçdım, qızımı götürdüm və anamgilə getdim. Xəstəxanaya aparıldı ", - deyə əlavə edib.

Qızını göz yaşları içərisinə basdıran ata Ahmet Dumanlıoğlu boşanma mərhələsində olduğu Ümmühan Dumanlıoğlu haqqında polisə şikayət edib. Ahmet Dumanlıoğlu açıqlamasında "1,5 ildir ayrı evlərdə yaşayırıq. Psixoloji narahatlığı var idi. Mən iddiaçıyam və qızımın ölümünə səbəb olan həyat yoldaşımın tutulmasını istəyirəm", - deyib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.