Dünya

Bu ölkədə maska ​​rejimi LƏĞV EDİLDİ

15 İyun 2021 12:48
Baxış: 976

İsrail Səhiyyə Nazirliyi COVID-19-a yoluxma sayındakı azalmalar səbəbilə bu gündən etibarən qapalı yerlərdə maska ​​taxma tələbini ləğv edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bununla belə, bəzi hallarla bağlı istisnalar var. Belə ki, karantinə göndərilənlər, heriatriya müəssisələrinin işçiləri və pasiyentləri üçün maska taxmaq məcburi olaraq qalacaq. Qeyd olunur ki, hansı xəstələr ilə təmasda olan zaman maska ​​taxmağın zəruriliyi ilə bağlı tibb işçiləri üçün xüsusi təlimatlar hazırlanacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.