Dünya

Netanyahu getdi: İsraili Bennet idarə edəcək

13 İyun 2021 22:09
Baxış: 1 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12 illik iqtidardan soqnra Binyamin Netanyahu İsrailin baş naziri postunu tərk edərək müxalifətə gedir.

İsrailin yeni baş naziri Naftali Bennet oldu.

Milli.Az bildirir ki, bu gün İsrail Knessetində (ölkə parlamenti, - red.) keçirilmiş səsvermənin nəticələri belədir.

Sağçı siyasətçi, sabiq müdafiə naziri Naftali Bennetin kabineti mərkəziçi Yair Lapidin partiyası ilə formalaşdırılacağı gözlənilir.

Tərəflər arasında əldə edilmiş razılığa görə, 2023-cü ilin ortalarınadək baş nazir Bennet olacaq, sonra da yeni parlament seçkilərinədək iki il hökuməti Yair Lapid idarə edəcək.

Bennetin rəhbərlik etdiyi "Yamin" Partiyası artıq kabinetin formalaşdırılmasına başlayıb.

71 yaşlı B.Netanyahu isə sağçı "Likud" Partiyasının sədri olacaq. "Likud" İsraildə ən populyar partiya olsa da, ilk keçdikcə knessetdəki mandatlarının sayı azalır.

Naftali Bennet ifrat sağçıdır. Onun dediyinə görə, İsrail yəhudilərin milli dövləti olmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.