Milli Məclisin iclasında Jirinovski tənqid edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin iclasında deputat Sahib Alıyev Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskini tənqid edib.
Milli.Az oxu.az-a istinadən məlumatına görə, S.Alıyev bildirib ki, V.Jirinovskinin azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləməsi yolverilməzdir.
Deputat qeyd edib ki, V.Jirinovskinin həmin cinayətlə barışmaq istəməyən azərbaycanlıların Rusiyadan çıxıb getməsi tələbini səsləndirməsi ayrı-seçkiliyin təzahürüdür.
"Yaxşı olar ki, Jirinovski diqqəti Soçiyə yönəltsin. Soçidə haylar (ermənilər) vaxtı ilə cinayətlər törədiblər. Erməni terrorundan əziyyət çəkən ölkələrdən biri də Rusiyadır", - deyə S.Alıyev bildirib.
O, V.Jirinovskinin stəkanda fırtına yaratdığını deyib.
Qeyd edək ki, bu ilin mayın 28-də Novosibirsk vilayətinin Moşkovski rayonundakı R-255 "Sibir" magistral yolunun 61-ci kilometrliyində axşam saatlarında yol polisi müfəttişi şəxsiyyətini müəyyənləşdirmək üçün şəxsi xidməti avtomobilə apararkən gənc müqavimət göstərib və səlahiyyətlərindən kənara çıxan polis məmuru 19 yaşındakı gəncə zor tətbiq edib.
Rusiya mediası yazır ki, polis xidməti tapançasını çıxararaq təsadüfən tətiyi çəkib və Vəkil Abdullayev başından güllə yarası alıb.
Zərərçəkənin mayın 30-da xəstəxanada öldüyü qeyd olunub.
Qətli törədən polis Aleksandr Qusev isə şərti azadlığa buraxılıb.
Vəkil Abdullayev Gürcüstanın Dmanisi rayonunun Gəyliyən kəndində dəfn edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazın qiyməti bahalaşdı
-
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
-
Azərbaycana payız fəsli daxil olub
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)





