Dünya

“Xəritəyə baxsaq, Türkiyənin əhəmiyyətini anlayarıq” - Stoltenberq

5 İyun 2021 08:53
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO DEAŞ terror təşkilatı ilə qlobal mübarizəyə əhəmiyyətli töhfə verən Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.

"Türkiyə NATO-nun mühüm müttəfiqidir. Əgər sadəcə xəritəyə baxsaq, bu ölkənin əhəmiyyətini anlayarıq. Bu, İraq və Suriya ilə həmsərhəd olan NATO-nun yeganə müttəfiqidir. Türkiyənin infrastrukturu DEAŞ ilə mübarizədə çox mühüm rol oynayır", - baş katib deyib.

Blok rəhbəri, həmçinin miqrasiya böhranının aradan qaldırılmasında Ankaranın rolunu alqışlayıb. "Biz cənub qonşuluğumuzu sabitləşdirmək üçün Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcəyik", - deyə Stoltenberq bildirib.

Türkiyə-Yunanıstan münasibətlərindəki gərginliyə toxunan Stoltenberq qeyd edib ki, NATO alyans daxilində fikir ayrılıqlarının aradan qaldırılması üçün effektiv platformadır.

O əlavə edib ki, Türkiyə və Yunanıstan hərbçiləri arasında arzuolunmaz insidentlərin və toqquşmaların qarşısının alınması üçün yeni yaradılmış mexanizm bunun yaxşı nümunəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.