Dünya

Türkiyədə 135 milyard kubmetr təbii qaz ehtiyatı kəşf edilib

4 İyun 2021 23:20
Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Qara dəniz sahilində yerləşən, ən zəngin daş-kömür mədənləri olan Zonquldakda böyük miqdarda təbii qaz yatağı aşkar edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Zonquldakda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Filyos Limanının açılışı və təbii qaz emalı müəssisələrinin təməlqoyma mərasimində bildirib.

Türkiyə ictimaiyyətinin səbirsizliklə gözlədiyi xəbəri açıqlayan R.T.Ərdoğan "Fatih" qazma gəmisinin Qaradənizin Şimali Sakarya yatağında "Amasra 1" quyusunda 135 milyard kubmetr qaz ehtiyatının kəşf edildiyini deyib.

Qeyd edək ki, keçən ilin iyulunda "Fatih" qazma gəmisi vasitəsilə Qara dənizdə Türkiyə tarixində ən böyük qaz yatağı - 405 milyard təbii qaz ehtiyatı kəşf edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.