Çində son sutka ərzində 7 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. "Qafqazinfo" bildirir ki, bu barədə "worldometers.info"da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 91 045-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 093 xəstə sağalıb.
Ölkədə 316 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.
Milli.Az