Suriyanın Hələb şəhərində İranın dəstəklədiyi şiə milisləri ilə Rusiya əsgərləri arasında qarşıdurma yaşanıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Fatimiyyun" briqadası bölgədə adı açıqlanmayan bir nəfərin axtarışını aparmaq istəyib, ancaq rus hərbçiləri buna etiraz edib. Bundan sonra isə rusların düşərgəsinə basqın edilib.
Münaqişə nəticəsində 1 rus əsgəri ölüb, 2-si yaralanıb.
Toqquşma ilə bağlı İran və Rusiya tərəfi hər hansı bir rəsmi açıqlama yaymayıb.
Milli.Az