Hələbdə şok: İran-Rusiya qarşıdurması - ölü və yaralılar var

22 May 2021 16:07

Suriyanın Hələb şəhərində İranın dəstəklədiyi şiə milisləri ilə Rusiya əsgərləri arasında qarşıdurma yaşanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Fatimiyyun" briqadası bölgədə adı açıqlanmayan bir nəfərin axtarışını aparmaq istəyib, ancaq rus hərbçiləri buna etiraz edib. Bundan sonra isə rusların düşərgəsinə basqın edilib.

Münaqişə nəticəsində 1 rus əsgəri ölüb, 2-si yaralanıb.

Toqquşma ilə bağlı İran və Rusiya tərəfi hər hansı bir rəsmi açıqlama yaymayıb.

Milli.Az