Dünya

Daha bir Avropa ölkəsi maska taxma məcburiyyətini ləğv edir

22 May 2021 08:58
Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstanda koronavirus pandemiyası ilə əlaqəli sanitar məhdudiyyətlərinin əksəriyyəti ləğv ediləcək.

Macarıstan baş naziri Viktor Obran bunu "Kossuth Radio"nun efirində deyib.

O bildirib ki, komendant saatı və ictimai yerlərdə maska ​​taxmaq məcburiyyəti ləğv olunacaq.

Bundan əlavə, 500-dən çox insanın iştirak etdiyi açıq hava fəaliyyətlərinə və açıq idman növlərinə icazə veriləcək. Toylar məhdudiyyət qoyulmadan keçirilə bilər. Eyni zamanda, qapalı məkanda kütləvi tədbirlər yalnız peyvənd olunanlar üçün təmin ediləcək.

Qeyd edək ki, Polşa və Çex Respublikasında da açıq havada maska taxmaq qaydası ləğv olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.