Dünya

Türkiyədə kəskin dəyişən hava şəraiti fəsadlar yaradıb

21 May 2021 20:03
Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarından başlayaraq Türkiyədə kəskin dəyişən hava şəraiti böyük fəsadlar yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qardaş ölkənin Balıkesir vilayətinin Ayvalık rayonunda yağan leysan yağışı və əsən güclü külək səbəbindən 20 qayıq batıb, çox sayda evin dam örtüyü uçub. Analoji vəziyyət İzmir vilayətində də qeydə alınıb. Şəhərin Dikili rayonunda əsən küləyin şiddətindən çox sayda ağac kökündən çıxıb, maşın və qayıqlara böyük zərər dəyib.

Hidrometeoroloqlar bu gün günorta saatlarından başlayaraq ölkənin Marmara bölgəsində, xüsusilə İstanbulda da hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər, dolu yağacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.