Dünya

Türkiyə Avropa Parlamentinin hesabatını rədd etdi

20 May 2021 08:38
Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəsmi Ankara Avropa parlamentinin hesabatını qərəzli sayır və qəbul etmir.

Bu barədə Türkiyə XİN-dən verilən bəyanatda bildirlib.

Qeyd olunub ki, Türkiyə Avropa İttifaqına üzvlük məsələsini özünün strateji hədəfi sayır və bu istiqamətdə lazımi səylər göstərməyə davam edəcək.

Xatırladaq ki, bu gün Avropa Parlamenti 2019-2020-ci illər üzrə Türkiyəyə dair hesabatını qəbul edib. Hesabatda Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərin tarixi minimuma endiyi qeyd olunub. Tövsiyyə xarakteli sənəddə Ege, Şərqi Aralıq dənizləri və Kipr məsələsinə sırf Yunanıstanın mövqeyindən birtərəfli yanaşılıb.

Həmçinin, Avroparlament Türkiyə hökumətini qondarma Erməni soyqırımını tanımaqla xalqlararası yaxınlaşmaya nail olmağa çağırıb.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.