Dünya

Mütəxəssislərdən qorxunc araşdırma: Daha sürətlə yayılır!

19 May 2021 21:40
Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya mütəxəssislərinin araşdırmasına görə, mutasiyaların ciddi simptomlara səbəb olma ehtimalı normala görə 1.4 dəfə daha çoxdur.

Milli.Az xəbər verir ki, 3 ay müddətində Yaponiyada koronavirus testi pozitiv çıxan 207 mindən çox insanın nəticələri araşdırlıb.

Nəticələrə görə, bunlardan 15 mindən çoxu N501Y mutasiyası daşıyanlarla münasibətdə olub. Xəstələrin durumunu analiz edən mütəxəssislər 475 nəfərdə şiddətli sətəlcəm və ya çoxsaylı orqan çatışmazlığı daxil olmaqla ağır simptomların yarandığını sübut edib.

Mütəxəssislər xəbərdarlıq edir

Mütəxəssislər bildirirlər ki, məlumatların yetərincə olmaması səbəbindən tam araşdırma aparmaq mümkün olmayıb. Amma buna baxmayaraq, nəticələrə görə, mutasiyalara yoluxan insanlarda çox ciddi xəstəliklər yaranır.

Daha sürətlə yayılır

Digər mutasiyalara görə, N501Y adlı növ isə virusu digərilərinə yoluxdurma və yayma sürətinə görə daha sürətlidir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.