Dünya

Hindistandakı qasırğada ölənlərin sayı artdı

19 May 2021 11:09
Baxış: 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda "Cyclone Tauktae" qasırğası nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təkcə Qucarat ştatında ağacların aşması və güclü yağışlar nəticəsində ən az 13 nəfər həlak olub. Yüz minlərlə insan elektrik enerjisiz qalıb. Saatda 130 kilometr sürətlə əsən külək minlərlə ağacı qıraraq yolları bağlayıb.

Qonşu Maharaştra ştatının paytaxtı Mumbay şəhərində ən azı 12 nəfər həlak olub, bir neçə ərazini su basıb, bir çox ağac və elektrik dirəkləri aşıb.

Bundan əlavə Karnataka ştatında 6 nəfərin ölümü ilə yanaşı, Qoa və Kerala ştatlarında da ölümlərin olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.