Dünya

Türkiyədə koronavirusdan sağalanların sayı 4,97 milyonu ötüb

19 May 2021 08:40
Baxış: 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 203 nəfər dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 45 186 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 11 937 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 139 485 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 10 125 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 971 245 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.