Dünya

Hindistanda koronavirusa gündəlik yoluxma azaldı

18 May 2021 08:38
Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda koronavirusa yoluxmada gündəlik yoluxma 281 003 nəfərə düşüb.

Hindistan Səhiyyə Nazirliyi məlumat verir ki, yoluxma sayı təxminən bir ayda ilk dəfə 300 mindən aşağı olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Hindistanda xəstələrin sayında artım fevral ayının ortalarından bəri davam edir; 21 apreldən gündə 300 mindən çox, beş dəfə isə 400 mindən çox yoluxma qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, Maharaştra xəstəliyin sayına görə ölkənin ştatları arasında lider olaraq qalır.

Eyni zamanda, koronavirus əleyhinə peyvənd edilənlərin sayında artım qeyd edilib - 182 milyondan çox insan və ya ölkə əhalisinin təxminən 13 %-i vaksinasiya olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.