Dünya

Dostlarıyla cakuzidə üzdü, ayaqsız qaldı - Ürəyi zəif olanlar baxmasın - FOTO

17 May 2021 19:42
Baxış: 3 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin Korringem şəhərinin 25 yaşlı sakini Loren Briqqs dostlarıyla getdiyi şənlikdə ölümcül infeksiyaya yoluxaraq ayaqlarını itirib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" yazır.

Belə ki, yanvarda dostlarıyla yığışan Loren cakuzidə üzüb. Həmin gün yatmadan öncə ürəkbulanması hiss edib. Səhər isə onu yerdə boğulan görən dostu dərhal təcili tibbi yardım çağırıb.

Xəstəxanaya yerləşdirilən Briqqsda meninqokokk infeksiyası (meningit) aşkarlanıb.

İki gün aparata qoşulu qalan qızın sağ ayağı və sol ayağının barmaqları amputasiya olunub. Həkimlər onun cakuzidə çimərkən, ayağındakı kəsikdən yoluxmuş ola biləcəyini bildiriblər.

Dörd ay xəstəxanada keçirən Loren aprelin 30-da, müalicədən və bir neçə dəri transplantasiyasından sonra evə buraxılıb.

Hazırda Briggs əlil arabasında hərəkət edir və sağlamlığıyla əlaqədar işləyə bilmir. Amputasiya onun psixoloji sağlamlığına da təsir edib. Xəstəlikdən əvvəl Loren cərrahiyyə şöbəsində administrator vəzifəsində işləyib.

O, mayın 3-də qız "GoFundMe" saytında qeydiyyatdan keçərək normal həyata qayıtması üçün insanlardan yardım diləyib.

Hazırda artıq 3 500 funt sterlinq (8400 manat) toplanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.