Dünya

Zelenskidən nazirlərə xahiş - İstefaya gedin

17 May 2021 15:10
Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Vladimir Zelenski üç naziri öz xahişi ilə istefaya getməyi xahiş edib.

Milli.Az lenta.ru-ya istinadən xəbər verir ki, bunlar infrastruktur naziri Vladislav Krikli, iqtisadi inkişaf naziri İqor Petraşko və səhiyyə naziri Maksim Stepanovdur.

İqtisadi inkişaf nazirinin "təşəbbüs qıtlığı", infrastruktur naziri problemlərin öhdəsindən gələ bilməməkdə günahlandırılır. Səhiyyə naziri isə artıq üçüncü dəfədir ki, koronavirusla bağlı vəzifəsindən çıxarılması ilə gündəmə gəlir.

Birinci və ikincilər getməyə hazır olsalar da, üçüncüsü ona fikirləşmək üçün vaxt verilməsini istəyib. Lakin az sonra bildirib ki, Ali Rada onun getməsi barədə qərar verərsə,  o zaman vəzifəsindən gedəcək.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.