Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 504 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 330 879, xəstəlikdən ölənlərin sayı isə 4 469 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 310 859 nəfərin sağaldığı bildirilir.
Milli.Az