Nikol Rusiyadan əlini üzdü, Makrona yalvardı - Zəngəzur olayı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zəngəzur istiqamətində Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsi ilə ötən gündən başlayan yalançı hay-küyü Ermənistan rəhbərliyi davam etdirir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Qarabağın 30 ilə yaxın işğalda saxlanıldığı zaman dövlət sərhədini pozaraq, qanunsuz olaraq sərhədlərini qabağa çəkən ermənilər hazırda Ordumuzun sərhədi qanuni yerinə qaytarması üzərində şou düzəldir, bacardıqca hay-küy salaraq, torpaq qamarlamağa çalışırlar.
Növbəti belə bir şou Qaragöl ətrafında yaradılıb. 44 günlük Qarabağ savaşında olduğu kimi, bu dəfə də Ermənistan rəsmiləri Rusiya və Fransa rəhbərlərinə ardıcıl zənglər edib, yalvarırlar.
Ermənistan baş naziri vəzifələrini icra edən Nikol Paşinyan az öncə Fransa Prezidenti Makrona da zəng edib və Azərbaycan Ordusunun guya Ermənistan sərhədinə müdaxilə etdiyini bildirib. Yelisey sarayından yayılan məlumata görə, Makron Ermənistanın ərazi bütövlüyünə bağlılığını dilə gətirib. Eyni zamanda, Makron ənənəvi simasını nümayiş etdirib və hadisənin mahiyyətini bilmədən və yaxud bunu öyrənmək istəmədən, "qərarını" elan edib, "təcili sürətdə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması gərəkdiyini" ifadə edib.
Makron BMT TŞ vasitəsilə sərhəddə sabitliyin və təhlükəsizliyin təminatına ümid bəslədiyini də vurğulayıb.
Burda məsələnin ən mühüm tərəfi Paşinyanın məhz Makrona müraciəti, Fransa Prezidentinin isə birtərəfli açıqlamasıdır. Halbuki Ermənistan KTMT-nin üzvüdür və bu marionet dövlətin sərhədlərini də Rusiya Sərhəd Xidməti qoruyur. Başqa sözlə, faktiki olaraq Ermənistan sərhədi Rusiyanın nəzarətində, KTMT-nin himayəsindədir. Əgər sərhəddə hər hansı gərginlik varsa, bunu da Rusiya sərhədçiləri ilə Azərbaycan Ordusu müzakirə edir və sərhəd delimitasiyasını aparırlar. Belə məqamda Fransaya şikayətə qaçmaq və ənənəvi yalvarış kimə və nəyə lazımdır?
Görünür, Nikol Paşinyan da həmin ərazilərin Azərbaycana məxsus olduğunu, Azərbaycan Ordusunun GPS və xəritələrlə davrandığını yaxşı bilir və Rusiya və KTMT də Paşinyana məhz bunu çatdırıb. Həqiqətin Rusiya tərəfindən təsdiqlənməsindən sonra isə Nikol bacı Emmanuel qardaşına şikayətə qaçıb.
Makronun olaya qeyri-peşəkar, birtərəfli və qeyri-obyektiv münasibəti isə Fransanın Cənubi Qafqaz siyasətinin və Minsk Qrupunun həmsədri kimi iflasının daha bir sübutudur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
XƏBƏR LENTİ
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)





