Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1089 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 321 919 nəfərə,ölənlərin sayı isə 4 281 nəfərə çatıb.
Virusa yoluxanlardan 300 989 nəfərin sağaldığı bildirilir.
Milli.Az