Dünya

Bu ölkədə karantinin ləğv ediləcəyi vaxt açıqlandı

8 May 2021 09:07
Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail may ayının axırında koronavirusla bağlı məhdudiyyətlərin hamısını ləğv etməyi planlaşdırır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu səhiyyə naziri Yuli Edelşteynlə keçirdiyi brifinqdə bəyan edib.
 
O bildirib ki, bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib, ölkəni normal vəziyyətə geri qaytarmağa ümidvardırlar.
 
"Bütün dünyada insanlar vaksin gözləyir, ancaq İsraildə peyvənd insanları gözləyir. Bunu dəyişdirməliyik", - ölkədə 16 yaşdan yuxarı bir milyondan çox insanın koronavirus vaksinasiyasından keçmədiyini deyən Netanyahu əlavə edib.
 
O vurğulayıb ki, İsraildəki 16 yaşdan yuxarı insanların peyvəndlənməsi mayın sonunda tamamlanacaq. Bundan sonra isə ölkədə pandemiya ilə bağlı vəziyyət apreldə normallaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.