Dünya

Türkiyədə koronavirus peyvəndinin üçüncü dozası yerli vaksinlə vurulacaq

6 May 2021 08:58
Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyyə Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusa qarşı peyvəndin üçüncü dozası barədə açıqlamalar verib.

Bu barədə "Yeni Şafak" qəzetinə müsahibədə o bildirib ki, ilin sonuna doğru birdən çox yerli peyvənd istifadə ediləcək.

Qoca qeyd edib ki, ikinci dozadan 6 ay sonra tövsiyə olunan və "üçüncü doza" (xatırlatma dozası) olaraq bilinən doza yerli peyvəndlə tətbiq ediləcək.

Hazırda Türkiyədə sifariş edilən 240 milyon doza peyvəndin 100 milyonu "Sinovac"ın, 90 milyonu "Biontech"in, 50 milyonu isə "Sputnik"in payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.