Dünya

Ermənistanın sabiq müdafiə nazirinə irəli sürülən ittiham dəyişdirilib

5 May 2021 14:38
Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyana qarşı irəli sürülmüş ittiham dəyişdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, hazırda M. Arutyunyan Ermənistan Cinayət Məcəlləsinin 309-cu maddəsinin 3-cü bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma) ilə təqsirləndirilən şəxs qismində ittiham olunur.

Daha əvvəl Ermənistanın sabiq müdafiə nazirinə Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (konstitusional quruluşun devrilməsi) ilə ittiham irəli sürülmüşdü.

Xatırladaq ki, M. Harutyunyan 2008-ci mart hadisələri ilə bağlı keçmiş prezident Robert Koçaryan və digər rəsmilərlə birgə ittiham olunur. Həmin vaxt müxalifət və asayiş qüvvələri arasında baş verən qarşıdurma zamanı 10 nəfər ölüb. Sabiq prezident R. Koçaryan və digərləri 300.1-ci maddəyə əsasən ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.