Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 171 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 315 913, xəstəlikdən ölənlərin sayı isə 4207 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 296 532 nəfərin sağaldığı bildirilir.
Milli.Az