Dünya

“Əl-Qaidə”nin yerinə Qərb ultrasağçıları gəlib - Sensasion məqalə

5 May 2021 09:52
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaşinqton Post" qəzetində şok yazı dərc olunub. "On il əvvəllə müqayisədə islamçı terrorizm o qədər də təhlükəli deyil" başlıqlı sensasion məqalənin müəllifi Hindistan mənşəli müsəlman Fərid Zəkəriyyədir.

Müəllifə görə, 10 il əvvəl ABŞ xüsusi təyinatlıları Üsamə bin Ladeni məhv etdikdən sonra radikal islam xeyli zəifləyib. "Əl-Qaidə" müxtəlif yerlərdə fəaliyyət göstərən silahlı qruplaşmalara parçalanıb və artıq onun mərkəzi komandanlığı, yaxud vahid ideologiyası yoxdur. 2014-cü illə müqayisədə terror nəticəsində baş verən ölümlərin sayı 59 faiz azalıb. 2014-cü ildə bu göstərici ən yüksək həddə idi. İslamçı terrorizm artıq daha çox lokal xarakter almağa başlayıb. Buna Əfqanıstanda "Taliban"ı, Nigeriyada "Boko Haram"ı, Somalidə "Əl-Şəbab"ı misal göstərmək olar.

Milyonlarla müsəlman artıq siyasi islamın məqsədləri ilə tanış olub və onu bəyənmir. Müsəlmanlar kütləvi surətdə dəstə-dəstə "İslam dövləti" xilafətindən qaçıblar. Onlar Misirdəki "Müsəlman qardaşlığı" hərəkatına qarşı etiraz aksiyaları keçiriblər, İraqda şiə partiyalarının korrupsiyaya havadarlıq edən əməliyyatların tərkib hissəsinə çevrildiyini görüblər. İranda isə teokratik hökumət onların ümidlərini puça çıxarıb. Siyasi islamı dəstəkləyən faktorlar, yəni mövcud rejimlərə qarşı nifrət və dini liderlərin vədlərinə kor-koranə inam ciddi şəkildə zəifləyib. Müəllif yazır ki, hazırda Qərbdə islamçı zorakılıq ultrasağçı terror aktları ilə müqayisədə daha az təhlükə yaradır. 2014-cü ildən bəri ultrasağçı terror aktlarının sayı 250 faiz artıb. İndi terror hücumlarının 46 faizi, terror nəticəsində baş verən ölümlərin isə 82 faizi ultrasağçı terror aktlarının payına düşür. Bu mənada islamçıların Avropadakı hücumları ABŞ-da ultrasağçıların hücumları ilə ortaq xüsusiyyətlərə malikdir.

Cəmiyyətə yadlaşmış adamlar internetdə daha da radikallaşır, onların qorxu və qəzəblərini silahlandıran ideologiyalar tapırlar. Hazırda ABŞ-da cəmiyyətə yadlaşmış ağdərililərin sayı müsəlmanların sayından daha çoxdur. ABŞ-da terrorizmin tərkibcə dəyişməsi də bununla əlaqədardır. Avropada müsəlmanlara doğrudan da ciddi hücumlar var, xüsusilə məscidlərə qarşı. Ultrasağçılar dünya üçün nə qədər təhlükəli olacaqlar, onlar da müəyyən ultramillətçi təşkilatlarda zatən çoxdan birləşiblər, bu cür qurumlar keçmiş MDB məkanında da var. Ekspertlər yazıda yer alanların reallaşacağı təqdirdə, yəni radikalizmin zəifləməsinin İslama müsbət təsirləri olacağına ümid edirlər. Eyni zamanda, bunun müsəlmanların imicinə də ciddi təsir edəcəyi vurğulanır.

Əhəd Məmmədli sərbəst buraxıldı - Yenilənib

Politoloq Əhəd Məmmədli məqalədə qeyd olunanlarla müəyyən qədər razı deyil: "Vaşinqton Post"dakı bu yazı həm doğru, həm də yalandır. "İslamçı adlanan terrorizmin" zəifləməsi heç də müsəlmanların siyasi islamdan uzaqlaşması anlamına gəlmir. Siyasi islamın Türkiyədə təntənəsi göz önündədir. Türkiyədəki siyasi islamın digər islam ölkələrində artan təsirini də qeyd etmək yerinə düşərdi. Misirə gəldikdə isə müsəlman qardaşlarını xalq seçmişdi, devirən isə ABŞ-ın dəstəyi ilə hərbi xunta oldu. Amma nədənsə, "Vaşinqton Post" bu nüans haqda yazmır. "İslam terrorizmi" adlandırdıqlarının zəifləməsi ABŞ və digər xristian ölkələrinin kəşfiyyat orqanlarının son illərdə bu bəlanı az maliyyələşdirmələrindən irəli gəlir. Üstəlik, Qərbin və İranın maliyyələşdirdiyi terror təşkilatlarının əksəriyyətinin başları illərdir ki, Suriya müharibəsinə qarışdığını da nəzərə almalıyıq. Yəni xristian ölkələri terror adlı bu bəlanı Suriya, Liviya, Yəmən, Somali kimi müsəlman ölkələrdə yaymaqda və dəstəkləməkdədir. Məhz ona görə Qərbdə terror hadisələri azalıb. Siyasi islam necə zəifləyə bilər ki, Əfqanıstanda ABŞ siyasi islama məğlub oldu. ABŞ terrorçu adlandırdığı "Taliban"ın tələbini yerinə yetirərək Əfqanıstanda ordusunu çıxartmağa başlayıb. Məlum məqalənin islami tərəfi yanlış və qərəzlidir. O ki qalda ultrasağ islamafob terrorun Qərbdə artması, bu doğrudur. Lakin nədənsə, bu təhlükəni xristian terroru adlandırmağa müəllif çəkinir. Əslində isə sağ terroru dedikləri xristian fundamentalistlərin terrorudur və bu terrorun əsas məqsədi də Qərbdən müsəlmanların soyqırımı, deportasiyasıdır. Təsadüfi deyil ki, hər seçkidə Qərbdə ultra millətçi-xristiançı siyasi qüvvələr daha çox səs toplayırlar, bəzi ölkələrdə isə hakimiyyətdədirlər (Avstriya, Niderland) və ya yerlərdə iqtidarı bölüşürlər. Ən pis halda isə əsas müxalif qüvvələrdir". "Yeni Müsavat"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.