Dünya

Türkiyə XİN İsrailə başsağlığı verib

30 Aprel 2021 16:58
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN-in saytında məlumat verilib.

"İsrailin şimalında Meron dağında dini bayramı qeyd edərkən sıxlıq nəticəsində çox sayda insanın həyatını itirdiyi kədərlə öyrəndik. Bu faciəli hadisə ilə əlaqədar İsrail xalqına və hökumətinə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını diləyirik", - deyə Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində azı 44 nəfər ölüb, 150 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.