Yaponiya hökuməti beynəlxalq səfərlər üçün “peyvənd pasportu” tətbiq edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaponiya hökuməti COVID-19 virusuna qarşı peyvənd olunmuş şəxslərin beynəlxalq səfərlərini asanlaşdırmaq üçün "peyvənd pasportu" tətbiq etməyi planlaşdırır.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin pasportun smartfon üçün əlavə şəklində olacağı bildirilir. Belə ki, həmin şəxslər QR kodunu aeroportda təyyarəyə minməzdən əvvəl və ya ölkəyə gəlmə ərəfəsində öz telefonlarına skan etməklə rahat səfər edə biləcəklər.
Bu layihəni irəli sürməklə Yaponiya hökuməti pandemiya dövründə demək olar ki, kəsilmiş işgüzar səfərləri bərpa etmək niyyətindədir.
Bu barədə parlamentin iclasında məlumat verən ölkə üzrə peyvəndləməyə cavabdeh nazir funksiyasını icra edən Taro Kono bildirib ki, bu layihə artıq digər ölkələr tərəfindən həyata keçirilir və Yaponiya da onu tətbiq etməlidir.
Həmçinin bildirilir ki, ölkənin nəhəng biznes lobbisi rolunu oynayan Keydanren təşkilatı da hökuməti Avropa İttifaqından nümunə götürərək iyunda "Rəqəmsal yaşıl buraxılış"ı tətbiq etməyə çağırıb. Bildirilir ki, peyvəndləmənin əks olunduğu həmin buraxılış yay tətili dövründə əcnəbilərin ölkəyə gəlməsinə şərait yaradacaq.
Məlumat üçün qeyd edək ki, hazırda Yaponiya yalnız öz vətəndaşlarının və rezidentlərin ölkəyə səfərlərinə icazə verir. Bununla yanaşı, həmin şəxslərdən son 72 saatda götürülmüş neqativ koronavirus testi təqdim etmələri tələb olunur.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yaponiyada təqribən 2,3 milyon nəfər COVID-19 peyvəndinin azı bir dozasını qəbul edib və bunlar, əsasən, tibb işçiləridir. Ümumilikdə götürdükdə bu, Yaponiya əhalisinin cəmi 2 faizini təşkil edir. Yaponiya hökumətinin istifadə üçün bəyəndiyi yeganə "Pfizer"-"BioNTech" peyvəndinin hər iki dozası isə 1 milyona yaxın insana vurulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)





