Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1433 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 308 834, xəstəlikdən ölənlərin sayı isə 4 095 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 289 976 nəfərin sağaldığı bildirilir.
Milli.Az