Dünya

İndoneziyada faciə: 53 ölü

25 Aprel 2021 14:49
Baxış: 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndoneziya Prezidenti Joko Vidodo, göyərtəsində 53 hərbiçinin olduğu və son bir neçə gündə axtarışları davam edən Nanggala sualtı gəmisi ilə bağlı xalqa video müraciət edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Prezident bütün ekipin Bali dənizində öldüyünü elan edib:

"Şənbə günü Dəniz Qüvvələrinin komandanlığından sualtı qayığın batdığı barədə bir məlumat aldım. Bütün İndoneziya xalqı faciədən dərindən təəssüflənir".

Prezident qeyd edib ki, heyət üzvləri ölkənin suverenliyini qoruyan vətənpərvərlər idi. Bundan əlavə, dövlət başçısı sualtı qayığının axtarışı üçün xüsusi vəsaitin ayrılacağını da vəd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.